Paşha Bank
Bank Of Baku

“Volkswagen” 4 milyona yaxın avtomobili geri çağıracaq

“Volkswagen” 4 milyona yaxın avtomobili geri çağıracaq
# 26 sentyabr 2026 03:24 (UTC +04:00)

Almaniyanın “Volkswagen” avtomobil konserni sükan idarəetmə sistemində mümkün nasazlıq səbəbindən dünya üzrə təxminən 4 milyon avtomobili geri çağırmağa hazırlaşır.

Bu barədə “Handelsblatt” mənbələrinə istinadən məlumat yayıb. “Reuters” də məlumatı Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinin göstəricilərinə istinadən yayıb.

Geri çağırma kampaniyası “Volkswagen”lə yanaşı, “Audi”, “Skoda” və “Seat” markalarının müəyyən modellərini əhatə edəcək. Söhbət 2013–2024-cü illərdə istehsal edilmiş avtomobillərdən, o cümlədən “Golf”, “Tiguan” və “Audi Q3” modellərindən gedir.

Məlumata görə, geri çağırılacaq avtomobillərin 2 milyondan çoxu “Volkswagen”, təxminən 1 milyondan çoxu “Skoda”, 700 mini “Audi”, 200 minə yaxını isə “Seat” markalı avtomobillərdir.

“Handelsblatt” kampaniyanın miqyasına görə konsernin son illərdə həyata keçirdiyi ən böyük geri çağırmalardan biri olacağını bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR