Bank Of Baku

Ərdoğan Türkiyə-Şimali Kipr münasibətlərinin gələcəyindən danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 24 oktyabr 2025 12:25 (UTC +04:00)

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Şimali Kipr münasibətlərinin gələcəyindən danışıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ərdoğan Körfəz ölkələrindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib ki, Şimali Kiprlə münasibətlər Ədalət və İnkişaf Partiyasının iqtidarı dövründə necə idisə, bundan sonra da elə qalacaq.

O, Şimali Kiprdə keçirilmiş prezident seçkilərini vacib adlandırıb və əlavə edib ki, Kipr türklərinin iradəsinə hörmətlə yanaşılır:

“Biz onları bu münasibətlə təbrik etdik. Şimali Kiprə yatırdığımız investisiyaları boş yerə etməmişik. Seçkilər baş tutdu və demokratiyaya inanan bir lider olaraq qalib namizədi telefonla təbrik etdik. İnşallah, həftənin sonuna qədər Türkiyə ilə Şimali Kipr Türk Respublikası arasındakı münasibətləri ətraflı müzakirə edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR