Bank Of Baku

Makron bu gün Fransanın yeni Baş nazirini təyin edəcək

Fransa Prezidenti Emmanuel Makron

© APA | Fransa Prezidenti Emmanuel Makron

# 13 dekabr 2024 10:55 (UTC +04:00)


Fransa Prezidenti Emmanuel Makron bu gün ölkənin yeni Baş nazirini elan edəcək.

APA xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Bildirilib ki, Makron yeni Baş nazirin təyinatını bu gün elan etməyə hazırlaşır.

Xatırladaq ki, Mişel Barnier cəmi üç ay vəzifədə qaldıqdan sonra Baş nazir vəzifəsindən istefa verib.

Baş nazir vəzifəsinə namizədlər arasında veteran mərkəzçi Fransua Bayrou, hazırkı müdafiə naziri Sebastien Lecornu, keçmiş xarici işlər naziri Jan-İv Le Drian və keçmiş Baş nazir Bernard Cazeneuve var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR