Polşanın Krakov meydanında silahlı hücumla altı nəfəri qətlə yetirən şəxs xəstəxanada ölüb.
APA xəbər verir ki, bu barədə yerli polis orqanı məlumat yayıb.
Məlumata görə, Polşa sakini polis əməkdaşları ilə atışma zamanı yaralanaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, 7 noyabrda Krakovda bazar meydanında avtomobildən yoldan keçənlərə atəş açılıb. Altı nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralananlar arasında iki polis məmuru, Rusiya, Britaniya vətəndaşları da olub.
Hücumun motivi məlum deyil. Polşa Baş naziri Donald Tusk hadisəni terror aktı adlandırıb.
Daha sonra hücum edən şəxsin evində üç nəfərin meyiti tapılıb. Onların silahlı şəxsin ailə üzvləri olduğu bildirilib.
Hadisə ilə əlaqədar Polşada iki günlük milli matəm elan olunub.