Bank Of Baku

Zelenski: Ukrayna cəbhədən 1300 kilometrədək məsafədə yerləşən hədəflərə zərbələr endirib

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 06 avqust 2026 14:10 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Müdafiə Qüvvələrinin Rusiya ərazisində cəbhə xəttindən 1300 kilometrədək uzaqlıqda yerləşən hədəflərə uğurlu zərbələr endirdiyini bildirib.

APA xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında paylaşım edib.

Onun sözlərinə görə, zərbələr nəticəsində Rusiyanın Başqırdıstan Respublikasında yerləşən "Başneft-Novoyl" neft emalı zavodu vurulub.

Prezident əlavə edib ki, Yaroslavl vilayətində, Ukrayna sərhədindən təxminən 700 kilometr məsafədə yerləşən "Slavneft-YANOS" neft emalı zavoduna da zərbə endirilib.

Zelenski Qara dəniz akvatoriyasında da uğurlu əməliyyatların həyata keçirildiyini vurğulayıb.

“Qara dənizdəki hədəflərə qarşı uğurlu zərbələr endirilib. İki hərbi patrul kateri və Rusiyanın “kölgə donanması”na aid gəmilər vurulub”, – Ukrayna Prezidenti qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR