Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşüb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, görüşdə Türkiyə-Suriya münasibətləri, regional sabitlik, Suriya-Livan əlaqələri, terrorla mübarizə və SDG-nin inteqrasiyası prosesi müzakirə edilib.
Tərəflər Suriyada terror təşkilatı İŞİD-lə mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb, həmçinin ABŞ/İsrail–İran müharibəsinin regiona siyasi və iqtisadi təsirləri, Suriyaya tətbiq olunan sanksiyaların hazırkı vəziyyətini dəyərləndiriblər.