Fuad Oqtay: “Türkiyə Beyrut limanının yenidən tikilməsinə kömək etməyə hazırdır”

Fuad Oqtay: “Türkiyə Beyrut limanının yenidən tikilməsinə kömək etməyə hazırdır”
# 08 avqust 2020 14:11 (UTC +04:00)

“Türkiyə Beyrut limanının yenidən tikilməsinə kömək etməyə hazırdır”.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbər görə, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay Beyruta səfəri zamanı bildirib.

Türkiyənin vitse-prezidenti qeyd edib ki, Aralıq dənizindəki Mersin limanı Livanın xidmətinə verilə bilər.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 154 nəfər ölüb, 5 mindən çox insan xəsarət alıb. 60-dan artıq şəxs itkin düşüb. Ölkəyə idxal üçün əsas giriş limanı tamamilə dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR