Məşhur italiyalı dizayner koronavirusdan ölüb

Məşhur italiyalı dizayner koronavirusdan ölüb
# 03 aprel 2020 15:05 (UTC +04:00)

“Sergio Rossi” adlı lüks ayaqqabı markasının yaradıcısı, məşhur italiyalı dizayner Sergio Rossi koronavirusdan ölüb.

APA-nın "Vogue" jurnalına istinadən verdiyi xəbərə görə, 84 yaşlı dizayner İtaliyanın Çezena şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

İtaliyalı dizaynerə koronavirusa yoluxma diaqnozu bir neçə gün öncə qoyulub və o, xəstəxanaya yerləşdirilib.

S. Rossinin vəziyyəti uzun müddət stabil olsa da, aprelin 2-də kəskin pisləşib və o, dünyasını dəyişib.

O, 1951-ci ildə qadın ayaqqabı markası "Sergio Rossi" ni yaratdıqdan onra məşhurluq qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR