Bank Of Baku

Astarada maşın dərəyə aşıb, sürücü ölüb, oğlu xəsarət alıb - FOTO

Astarada maşın dərəyə aşıb, sürücü ölüb, oğlu xəsarət alıb - FOTO
# 05 dekabr 2022 11:37 (UTC +04:00)

Astara rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun dağlıq Motlayataq kəndində, Üləsi dağları ərazisində qeydə alınıb.

Motlayataq kənd sakini 1967-ci il təvəllüdlü Zakir Lələyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.

Hadisə nəticəsində sürücü yerindəcə keçinib. Avtomobildə olan sərnişin, sürücünün oğlu 1995-ci il təvəllüdlü Ruslan Zakir oğlu Aydınzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA-ya bildirib ki, dekabrın 5-də saat 9:30 radələrində Astara rayonunun Motlayataq kənd sakini Zakir Lələyev idarə etdiyi “Niva” markalı avtomobillə Asxanakəran kəndi ərazisində hərəkətdə olarkən qarlı yolda sərt döngədə idarəetməni itirib. Nəticədə avtomobil 25-30 metr dərəyə doğru aşaraq ağaca çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib, oğlu Ruslan Aydınzadə isə xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR