Bank Of Baku

Göygöldə minik maşını kanala düşüb, xəsarət alan var

Göygöldə minik maşını kanala düşüb, xəsarət alan var
# 18 dekabr 2022 22:20 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb.

Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR