Masallı sakini tüfəng atəşi nəticəsində ölüb

Masallı sakini tüfəng atəşi nəticəsində ölüb
# 09 dekabr 2022 21:09 (UTC +04:00)

Dekabrın 9-da saat 20 radələrində Lerik rayonu Vamazqon kəndində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Ədalət Şiriyevin ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

İlkin məlumata görə hadisə Lerik rayon sakini 1977-ci il təvəllüdlü Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinə polis və prokurorluğun əməliyyat-axtarış, əməliyyat-istintaq qrupu cəlb edilib. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR