Bank Of Baku

Şəkidə narkotik satan keçmiş məhkum tutulub

Saxlanılan şəxs

© APA | Saxlanılan şəxs

# 27 dekabr 2022 16:20 (UTC +04:00)

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər də xuliqanlıq və narkotik cinayətlərinə görə bir neçə dəfə məhkum olunmuş Rafiq Əsgərov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Saxlanılan R.Əsgərov barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR