Ucarda fərdi yaşayış evi yanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Məlikballı kəndində qeydə alınıb. Rayon sakini, 1974-cü il təvəllüdlü Arzu Əhmər oğlu İsmayılova məxsus ümumi sahəsi 300 kvadratmetr olan 5 otaqdan ibarət evdə yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Evin 40 kvadratmetrlik bir otağı və çardaq hissəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Fakt araşdırılır.