“Baykar” şirkəti ilə əməkdaşlıqda qurulan Bilim Bakı Mərkəzinin təmir-tikinti işləri son tamamlama mərhələsindədir. “APA-Economics”in əldə etdiyi məlumata görə, Mərkəzin açılış mərasimi cari ilin birinci rübünün sonuna nəzərdə tutulub.
Uşaq və yeniyetmələrin məkanına çevriləcək Mərkəz, erkən yaşlarda innovasiya və texnologiyalara maraq oyatmaqla gələcəyin mühəndislərini, elm adamlarını və innovativ sahibkarların yetişməsinə dəstək verəcək.
Xatırladaq ki, ötən il İstanbulda keçirilən IV “Texnofest” Festivalı çərçivəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "Baykar Makina" şirkəti arasında mərkəzin yaradılmasına dair Əməkdaşlıq Protokolu imzalanmışdır.
Mərkəzdə texnologiya, süni intellekt, əşyaların interneti, robototexnika və proqramlaşdırma, kibertəhlükəsizlik, aviasiya və digər istiqamətlərdə təlimlər təşkil olunacaq.
Bilim Bakı Mərkəzi yaxın vaxtlarda fəaliyyətə başlayacaq

İnfrastruktur

Sabah 3 rayonun qaz təchizatinda müvəqqəti fasilə yaranacaq

Azad olunmuş ərazilərdə tikililər müvəqqəti reyestr üzrə qruplaşdırılır

Azərbaycanla Hindistan arasında birbaşa aviareyslər açıla bilər
