Dekabrda KTM-ə zəhərlənmə ilə bağlı 891 nəfər müraciət edib, 8-i ölüb

Dekabrda KTM-ə zəhərlənmə ilə bağlı 891 nəfər müraciət edib, 8-i ölüb
# 28 dekabr 2022 11:35 (UTC +04:00)

Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 891 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 126 nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 62-si dərmandan, 15-i sirkə turşusundan, 14-ü dəm qazından, 7-si alkoqollu içkidən, 4-ü göbələkdən, 12-si botulizmdən zəhərlənib. Digərlərindən 5-i anafilaksiya, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 51-i qadın, 47-i kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 5 nəfər sirkə turşusundan, 1 nəfər dəm qazından, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 2-si qadın, 6-sı kişidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR