Bank Of Baku

Kəmaləddin Heydərov Türkiyəyə səfərə yola düşüb

Kəmaləddin Heydərov Türkiyəyə səfərə yola düşüb
# 20 dekabr 2022 16:59 (UTC +04:00)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatının (TDT) Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirak etmək üçün qardaş Türkiyə Respublikasına səfərə yola düşüb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində K.Heydərovun Ankara şəhərində təşkil edilən TDT-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirakı, eləcə də Türkiyənin əlaqədar dövlət qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR