Azərbaycan Müdafiə Nazirliyi general-mayor Lənkəran Əliyevi və üç qızını məhkəməyə verib
28 fevral 2012 11:40 (UTC +04:00)
APA-nın xəbərinə görə, nazirlik Lənkəran Əliyevə məxsus mənzilin orderinin etibarsız hesab edilməsi barədə iddia ilə əvvəlcə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Daha sonra nazirlik Ali Məhkəmədə kasasiya şikayəti verib. Ali Məhkəmə kasasiya şikayətini qismən təmin edərək, işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Qeyd edək ki, Lənkəran Əliyev Azərbaycan Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisidir. Nazirlik onunla yanaşı, qızları - Eleonora, Səbinə və Zoya Əliyevalara qarşı da iddia qaldırıb.

Hadisə
Tovuzda su anbarında batan şəxsin axtarışları davam edir - VİDEO
13:04
24 may 2024
Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb
12:20
24 may 2024
Cəlilabadda 11 yaşlı qızın cərəyan vurması nəticəsində ölməsi faktı araşdırılır
12:05
24 may 2024
Naxçıvanda itlərə işgəncə verilməsinə şərait yaradan şəxslər saxlanılıb - VİDEO
11:33
24 may 2024