Lənkəran sakini oğurluq faktına görə yaxalanıb

Lənkəran sakini oğurluq faktına görə yaxalanıb
# 16 iyun 2012 11:07 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktı isti izlərlə açılıb. ŞPŞ-dən APA-nın Cənub bürosuna verilən məlumata görə, iyunun 14-də şəhər sakini İlqar Ağayevə məxsus mağazadan 2500 manat pulun oğurlanması ilə əlaqədar şöbəyə daxil olmuş siqnala müvafiq olaraq əməliyyat-axtarış tədbirləri keçirilib. İyunun 15-də oğurluq hadisəsini törətmiş şəhər sakini Hüseyn Dadaşov şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR