Şimal bölgəsində standartlara cavab verməyən iki müəssisənin fəaliyyəti dayandırılıb

Şimal bölgəsində standartlara cavab verməyən iki müəssisənin fəaliyyəti dayandırılıb
# 27 iyul 2012 11:18 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 6 saylı ərazi idarəsinin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən keçirilən reyd nəticəsində Şimal bölgəsində istehsal qaydalarına əməl etməyən 2 obyektin fəaliyyəti dayandırılıb. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, Qubada pendir və xama istehsal edən sexdə istehsal qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Müəssisənin fəaliyyəti dayandırılıb. Müəssisənin anbarında olan 800 manatlıq hazır məhsulun satışına isə qadağa qoyulub.
Sahibkar isə fiziki şəxs olaraq 1500 manat cərimə olunub.

Xudat şəhərində çörəkbişirmə sexində təşkil olunan reyd zamanı istehsal müəssisəsində qayda pozuntuları aşkar edilib və fəaliyyəti dayandırılıb.

Xaçmaz şəhərində çörəkbişirmə sexində keçirilən reyd zamanı da bir sıra qayda pozuntuları aşkarlanıb və istehsal müəssisəsi qanuna müvafiq qaydada cərimə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR