Salyanda 23 yaşlı gənci qətlə yetirməkdə şübhəli sayılan şəxs saxlanılıb

Salyanda 23 yaşlı gənci qətlə yetirməkdə şübhəli sayılan şəxs saxlanılıb
# 11 sentyabr 2016 15:41 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda 23 yaşlı gənci qətlə yetirməkdə şübhəli sayılan şəxs polis tərəfindən saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlunu qətlə yetirməkdə şübhəli sayılan Salyan rayon sakini 1996-cı il təvəllüdlü Qurbanov Ağaqulu Qubad oğlu saxlanılıb.

Qətlin motivi araşdırılır.

Qeyd edək ki, bu gün saat 12.30 radələrində Salyan şəhərində üzərində bıçaq yarası olan gənc aşkar edilib. Onun Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlu olduğu müəyyən edilib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib.

****

13.22

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda 23 yaşlı gənc qətlə yetirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 12.30 radələrində Salyan şəhərində üzərində bıçaq yarası olan gənc aşkar edilib.

Onun Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlu olduğu müəyyən edilib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib .A. Davudovun kim tərəfindən öldürüldüyü hələlik məlum deyil.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR