Gəncədə 8 gün əvvəl qətl törədən şəxs intihar edib

Gəncədə 8 gün əvvəl qətl törədən şəxs intihar edib
# 21 aprel 2016 10:56 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Rəşad Rzayev Göygöl rayonunun Alıməmmədli kəndində əkin sahəsində özünü asaraq intihar edib.

Məlumata görə, R. Rzayev aprelin 13-də Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kərimov Tural Mustafa oğlunu şəhərin Dəmir Yol Vağzalı yaxınlığında bıçaqlayaraq qətlə yetirib. R. Rzayev hadisəni törətdikdən sonra qaçıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR