Ər Rəmadidə mühasirəyə alınan İŞİD terrorçuları şəhərə gedən sonuncu körpünü partladıblar

Ər Rəmadidə mühasirəyə alınan İŞİD terrorçuları şəhərə gedən sonuncu körpünü partladıblar
# 10 dekabr 2015 17:59 (UTC +04:00)

Bakı-APA. İraqın Ər Rəmadi şəhərində mühasirəyə alınmış İŞİD silahlıları Ərəfat çayı üzərindən şəhərin mərkəzinə gedən sonuncu körpünü partladıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İraq ordusu Anbar əyalətində İŞİD-ə qarşı irimiqyaslı əməliyyat keçirir. Hazırda ən şiddətli döyüşlərin bu ilin may ayında terrorçuların nəzarətinə keçən Ər-Ramadi şəhərinin inzibati mərkəzi uğrunda getdiyi bildirilir.

Məlumata görə, ordu qüvvələri Ər-Ramadi şəhərinin əksər hissəsinə nəzarəti bərpa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR