Prezident Balakənin 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 3 mln. manat ayırıb

Prezident Balakənin 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 3 mln. manat ayırıb
# 05 avqust 2017 16:08 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


APA-nın məlumatına görə, sərəncama əsasən, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan "Azəravtoyol" ASC-yə ilkin olaraq 3 mln. milyon manat ayrılıb.


Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR