® DəmirBankda pul köçürmələri 25% artıb

<font color=red>® </font> DəmirBankda pul köçürmələri 25% artıb
# 14 dekabr 2017 09:36 (UTC +04:00)

DəmirBank-da pul köçürmə sistemləri ilə göndərilən vəsaitin məbləği ilin əvvəli ilə müqayisədə son 3 ay ərzində 25%-dən çox artıb. Hazırda DəmirBank-da Zolotaya Korona, Western Union, Contact kimi beynəlxalq pul köçürmələri ilə yanaşı, Bankın öz ölkədaxili Şimşək pul köçürmə sistemi də fəaliyyət göstərir. Bu sistemlər vasitəsilə müştərilər DəmirBank-ın istənilən filialından dünyanın bir çox nöqtəsinə zaman itkisi olmadan və əlavə hesab açmadan rahatlıqla cəmi bir neçə dəqiqəyə pul göndərə bilərlər. Köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər.

DəmirBank-ın Mərkəz filialında bayram və istirahət günləri də daxil olmaqla, hər gün saat 09:00-dan 00:00-dək pul köçürməsi xidmətindən istifadə etmək mümkündür.

Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

http://www.demirbank.az

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR