Azərbaycanda magistral yolları buz bağlayıb
08 fevral 2012 06:22 (UTC +04:00)
Məlumata görə, ötən gündən yağmağa başlayan aramsız qar Bakı-Quba, Bakı-Şamaxı və Gəncə-Qazax yollarında nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Həmin istiqamətlərdə və Ağsu aşırımında yolun hərəkət istiqaməti buz bağladığı üçün nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Adıçəkilən istiqamətlərdə hərəkət edən sürücülərdən zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etmələri tövsiyə olunur.
Bakı şəhər Dövlət Yol Polis İdarəsindən də paytaxtın bəzi yollarında təhlükəli vəziyyətin yarandığı bildirilib. Mövcud vəziyyəti nəzərə alaraq, sakinləri buzlu yollarda mümkün qədər şəxsi avtomobillərindən az istifadə etmələri, əsasən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.
Ötən gecə ölkə ərazisində baş verən 3 yol qəza hadisəsində ölən olmasa da, 3 nəfər xəsarət alıb.

İnfrastruktur
Əsas kapitala investisiya qoyuluşu 12%-ə yaxın artıb
12:38
15 may 2024
“Günaybank”ın əmanətçilərinə kompensasiyaların ödəniləcəyi son tarix açıqlanıb
12:11
15 may 2024
Yenidən qurulan Xankəndi-Şuşa-Laçın yolu mövcud yoldan 9.2 km qısa olacaq
10:51
15 may 2024
Bakıda müntəzəm marşrutlarla sərnişindaşıma 12%-dən çox artıb
17:37
14 may 2024