Həftəsonu Azərbaycan ərazisində isti və yağmursuz hava şəraiti proqnozlaşdırılır

Həftəsonu Azərbaycan ərazisində isti və yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 03 avqust 2012 10:10 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26, gündüz 32-37 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR