İmişli rayon sakini həmyerlisinin qulaqlarını kəsib
01 may 2012 10:46 (UTC +04:00)
Bakı - APA. İmişli rayon sakini həmyerlisinin qulaqlarını kəsib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 30-da münaqişə zəminində baş verib. İmişli rayonunun Hacalmuradlı kəndi ərazisində kənd sakini Nizami Rüstəmov həmyerlisi Seyfəddin Əhmədovun qulaqlarının bir hissəsini bıçaqla kəsib.
N. Rüstəmov İmişli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.
N. Rüstəmov İmişli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.