Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev: “Sumqayıtda bir vaxtlar şəhər rəhbərliyi ilə bəzi qruplaşmalar arasında mövcud olan anlaşılmazlıqlar aradan qalxıb”
13 fevral 2007 15:47 (UTC +04:00)
“Sumqayıt şəhərində bir vaxtlar şəhər rəhbərliyi ilə bəzi qruplaşmalar arasında mövcud olan anlaşılmazlıqlar, uçurum aradan qalxıb”. Bunu APA-ya açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev deyib. Sumqayıtda tam stabil və yaradıcı mühitin yaradıldığını deyən V. Əliyevin sözlərinə görə, hazırda şəhərdə sağlam ictimai-mənəvi iqlim formalaşdırılıb: “İmkanlı adamlar - hansı ki, vaxtı ilə mətbuatda onlara “klan” deyirdilər - həm regionun, həm də şəhərin inkişafı ilə daha çox məşğuldurlar. Öz güclərini, bacarıqlarını, maliyyələrini, vəsaitlərini bu sahəyə yönəldirlər. Bu sahədə problem yoxdur”.
Sumqayıt şəhər səhiyyə şöbəsinin keçmiş müdiri Karlen Abbasovun sabiq səhiyyə naziri Əli İnsanovla qohumluğuna görə vəzifəsindən uzaqlaşdırılmasına gəlincə, V. Əliyev bu məlumatın doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, səhiyyə şöbəsinin keçmiş müdiri öz ərizəsinə əsasən işdən azad olunsa da, Yeni Azərbaycan Partiyasının üzvüdür./APA/

Daxili siyasət
Əfv Komissiyasının növbəti iclası keçirilib
17:32
15 may 2024
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib
12:11
15 may 2024
Mayın sonunadək Şuşaya köçürüləcək əhalinin sayı açıqlanıb
08:50
14 may 2024
Deputat: Şuşa Zəfər tariximizdə dünyaya iradəmizi nümayiş etdirdiyimiz simvola çevrildi
10:58
13 may 2024