Kolumbiyanın paytaxtında partlayış olub, 3 nəfər yaralanıb

Kolumbiyanın paytaxtında partlayış olub, 3 nəfər yaralanıb
# 21 iyun 2014 02:40 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə ikisi polis əməkdaşı olmaqla 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. İlkin versiyalara əsasən, polis məntəqəsinin yanındakı parkda partlayıcı qurğu işə salınıb.

Paytaxtın meri Qustavo Petro Twitter-dəki səhifəsi vasitəsilə şəhər sakinlərinə müraciət edib, partlayış baş verən əraziyə getməməyi məsləhət görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR