Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib
# 22 yanvar 2014 09:36 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Nyu-York ştatının 5 rayonunda fövqəladə vəziyyət elan edilib.

APA – nın “New York Post” nəşrinə istinadən verdiyi məlumata görə, buna ölkənin şimal-şərq sahilindəki güclü fırtına səbəb olub.

Hava şəraitinin pisləşməsi üzündən 3 mindən çox aviareys təxirə salınıb.

Hazırda Nyu-York şəhərində 450 qar təmizləyən maşın işləyir. Şəhər rəsmiləri yerli sakinlərə evlərindən çıxmamağı və şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi məsləhət görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR