Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı azalıb
# 18 oktyabr 2013 13:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin əvvəlindən keçən müddət ərzində Azərbaycanda 25,3 mlrd. manatlıq, yaxud 2012-ci ilin müvafiq dövründə olduğundan 0,9% çox sənaye məhsulu istehsal olunub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənayenin mədənçıxarma bölməsində neft hasilatı 32,5 mln. ton, əmtəəlik qaz hasilatı 13,1 mlrd. kubmetr təşkil edib.

Emal bölməsində keçən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsulları istehsalı 4,6%, içki istehsalı 9,7%, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 35,1%, poliqrafiya fəaliyyəti 54,8%, neft məhsulları istehsalı 6,2%, kimya sənayesi məhsulları istehsalı 18,6%, əczaçılıq məhsulları istehsalı 19,4%, tikinti materialları istehsalı 20,4%, elektrik avadanlıqları istehsalı 4,3%, maşın və avadanlıqlar istehsalı 5,3%, avtomobil və qoşquların istehsalı 41,1%, sair nəqliyyat vasitələri istehsalı 2,3 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 6,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri 30,0% artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində elektrik enerjisi istehsalı 1,2% azalaraq 15,2 mlrd. kvt/saat olub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 10,8% artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,9%, neft sektorunda isə 0,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR