Bank Of Baku

ISECO: Bakı prosesi son 20 ildə ardıcıl platformaya çevrilib

Sivilizasiyalar Dialoqu Mərkəzinin (ISECO) direktoru Xaled Fasalrahman

© APA | Sivilizasiyalar Dialoqu Mərkəzinin (ISECO) direktoru Xaled Fasalrahman

# 26 oktyabr 2026 12:26 (UTC +04:00)

Bakı Prosesi müxtəlif mədəniyyət və elm nümayəndələrini bir araya gətirir.

APA xəbər verir ki, bunu Sivilizasiyalar Dialoqu Mərkəzinin (ISECO) direktoru Xaled Fasalrahman 27–29 oktyabr tarixlərində Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Bakı Prosesi son 20 il ərzində müxtəlif mədəniyyət və elm nümayəndələrini bir araya gətirən ardıcıl platformaya çevrilib.

Fasalrahman qeyd edib ki, builki Forumda əsas diqqət qlobal məsələlərin həllində dialoqun, multikulturalizmin, sülh və təhlükəsizliyin əhəmiyyətinə yönəldiləcək.

Onun sözlərinə görə, Forum çərçivəsində yeni konsepsiyalar və müasir problemlərin həlli yollarının araşdırılmasına həsr olunan simpozium da keçiriləcək. Burada sivilizasiyalar və nümayiş, eləcə də gələcəyi qabaqcadan görmənin yeni yanaşmaların formalaşdırılmasında rolu müzakirə olunacaq.

Fasalrahman Forumun keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR