“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) inzibati binasında, vağzal və stansiyalarda qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“APA-Economics” xəbər verir ki, bu barədə ADY “Facebook” səhifəsində paylaşım edib.
“Vətən uğrunda candan keçmək ən böyük fədakarlıq və sevgidir. Şəhidlər ölməz!”, - paylaşımda qeyd olunur.
Anım Günü münasibətilə ADY kollektivi Zəfər parkında olub, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edərək xatirə daşının önünə gül dəstələri qoyub.