Bank Of Baku

ADY Ramazan bayramında bölgələrə əlavə qatar reysləri təyin edib

ADY Ramazan bayramında bölgələrə əlavə qatar reysləri təyin edib
# 06 aprel 2024 14:49 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq 10-14 aprel tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə reyslər təyin edib.

APA-Economics” xəbər verir ki, Bakı–Ağstafa–Bakı marşrutu üzrə oturacaq tipli sürət sərnişin qatarı 10 və 11 aprel tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 18:00-da, 12 aprel tarixində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 15:00-da, 12 və 13 aprel tarixlərində saat 23:55-də Bakıdan Ağstafaya, əks istiqamətə isə 13 və 14 aprel tarixlərdə saat 15:00-da yola düşəcək.

Bununla yanaşı, Bakı–Qəbələ–Bakı marşrutu üzrə 10-14 aprel tarixlərində sürətli sərnişin qatarı hər gün hərəkətdə olacaq.

Bayram günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR