Yaxın vaxtlarda "Avrasiya Nəqliyyat Marşrutu" (ANM) Beynəlxalq Assosiasiyası yaradılacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda rəsmi prosedurları yekunlaşdırılacaq və assosiasiya yaradılacaq.
Qeyd edək ki, 19-20 sentyabr tarixlərində Bakıda ANM-nin yaradılmasına dair görüş keçirilib. Görüş zamanı ANM Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qruplarının təşkili və digər mühüm məsələlər müzakirə edilib.