ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir

ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir
# 19 sentyabr 2024 14:15 (UTC +04:00)

19-20 sentyabr 2024-cü il tarixində Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun növbəti görüşü “Qırğızıstan Dəmir Yolları” Milli Şirkəti Dövlət Müəssisəsinin Baş direktorunun müavini Dastan Usubakunovla olub.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycan və Qırğızıstan arasında dəmir yolu sahəsində əməkdaşlığın inkişaf perspektivləri, ortaq maraq dairəsində olan məsələlər, eyni zamanda Orta Dəhlizin inkişafı üzrə birgə fəaliyyət istiqamətləri haqqında müzakirələr baş tutub.

Bununla yanaşı, tərəflər Çindən Qırğızıstan vasitəsilə daha çox yükün daşınması üçün potensialın olduğunu, yaxın gələcəkdə tamamlanacaq Özbəkistan–Qırğızıstan–Çin dəmir yolu xəttinin Avrasiya Nəqliyyat Marşrutunun imkanlarını genişləndirəcəyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR