Azərbaycan Həştərxan vilayəti ilə, o cümlədən Kutum stansiyasında (Həştərxan) dəmir yolu qovşağının infrastrukturundan istifadə etməklə yük dövriyyəsini artırmaqda maraqlıdır. O cümlədən, Azərbaycan tərəfi "Astara (İran) - Bakı (Azərbaycan) - Həştərxan (Rusiya)" konteyner qatarının buraxılması imkanlarını nəzərdən keçirir.
“APA-Economics” “TASS”a istinadən xəbər verir ki, bu barədə Həştərxan vilayətinin Xarici Əlaqələr Nazirliyindən məlumat verilib.
“Azərbaycanla Həştərxan vilayəti arasında əsas yük axını dəmir yolu ilə həyata keçirilir və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (BTC) qərb qolu ilə gedir. Onun vasitəsilə Azərbaycandan Rusiyaya mallar, həmçinin İran, Türkiyə və Hindistandan tranzit yüklər daşınır. Bu gün Azərbaycan tərəfi Kutum stansiyasında yerləşən Həştərxan dəmir yolu qovşağının infrastrukturundan istifadə etməklə "Astara - Bakı - Həştərxan" marşrutu üzrə konteyner qatarının buraxılması imkanlarını nəzərdən keçirir", - məlumatda qeyd olunur.
Bildirilir ki, layihənin “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həyata keçirilməsi planlaşdırılır və onun nümayəndələri Həştərxana səfər edərək əməkdaşlıq perspektivlərini müsbət qiymətləndiriblər.