Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-mart aylarında 4,3 mln. ton yük, 2 074,5 min sərnişin daşınıb.
Bu barədə “APA-Economics ”Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,8% azalma, sərnişin daşınmasında isə 10,3% artım müşahidə olunub.