Azərbaycandan keçən nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi açıqlanıb

Azərbaycandan keçən nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi açıqlanıb
# 16 may 2025 13:22 (UTC +04:00)

Bu il yanvar-mart aylarında Azərbaycandan keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3 672,1 min ton, dəniz nəqliyyatı ilə 1763,9 min ton və avtomobil nəqliyyatı ilə 2 553 min ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3994,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 1 875,4 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 2 441,1 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 1418,4 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 134,7 min ton təşkil edir.

Məlumata görə, dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,3%-i, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 45,2%-i, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95,2%-i tranzit yüklər təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR