Bank Of Baku

Baş direktor: Bakı-Tbilisi sərnişin qatarının bərpası Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir

"Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze

© APA | "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze

# 26 may 2026 08:47 (UTC +04:00)

"Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin bərpası Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir".

APA-nın yerli bürosu xəbər verir ki, bunu "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, reysə yüksək tələbat var və çox sayda biletlər satılır.

"Tbilisi və Bakı arasında sərnişin qatarlarının gündəlik rejimdə reyslər həyata keçirəcəyi sevindirici haldır. Reyslərin bərpası üçün azərbaycanlı həmkarlarımızla birgə uğurlu iş aparılıb", - Abaşidze əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR