Bakıda keçirilən Qara dəniz-Xəzər Logistika Forumunda Çin ilə Avropa arasında yüklərin daşınması ilə bağlı logistika problemlərini müzakirə etdik.
Bu barədə “APA-Economics”ə açıqlamasında Çexiyanın “JUSDA Europe” logistika şirkətinin satış direktoru Jana Tomasova deyib.
O, qeyd edib ki, Çin və Avropa arasında yükdaşımalarda pis hava şəraiti və çatdırılma müddətlərindəki gecikmələrlə bağlı problemlər olur:
“Logistika proseslərini optimallaşdırmaq üçün dəniz və dəmir yolu dəhlizləri də daxil olmaqla, müxtəlif nəqliyyat yollarından istifadə imkanlarını nəzərdən keçirdik. Azərbaycan bu baxımdan təhlükəsiz və perspektivli marşrut olaraq önə çıxır, xüsusən də ölkənin yüksək keyfiyyətli infrastrukturu diqqət çəkir. Konfrans, logistika sahəsində yeni əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün gözəl bir fürsət oldu”.