MAERSK: Beynəlxalq loqistika operatorlarının diqqəti Orta Dəhlizə yönəlib

MAERSK: Beynəlxalq loqistika operatorlarının diqqəti Orta Dəhlizə yönəlib
# 18 sentyabr 2024 14:57 (UTC +04:00)

Orta Dəhliz ənənəvi dəniz yollarına güclü alternativ olaraq nəzərdən keçirilir, çünki bu yollar artıq uzun illərdir istifadə olunur.

"APA-Economics" xəbər verir ki, bunu "MAERSK" beynəlxalq gəmiçilik və logistika şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə biznes inkişaf meneceri İrakli Daneliya "Qara dəniz və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri" mövzusunda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024" tədbirində bildirib.

O, qeyd edib ki, qlobal iqtisadi dəyişkənliklər şəraitində beynəlxalq loqistika operatorlarının diqqəti Orta Dəhlizə yönəlib. Bu, Qərbi Avropada nəqliyyat marşrutlarının etibarlılığını və sabitliyini artırmaq məqsədini güdən əsas layihədir. Bu layihə uzun illərdir istifadə olunan ənənəvi dəniz yollarına güclü alternativ olaraq nəzərdən keçirilir. Bu marşrut üzrə əsas yüklər Türkiyə, Rumıniya, Ukrayna və digər ölkələrə yönəlir. Orta Dəhlizin bazar iştirakçıları və institutlar üçün başlıca üstünlükləri arasında effektiv loqistika həlləri, "bir pəncərə" prinsipi üzrə kompleks xidmət və yüksək ötürmə qabiliyyəti var".

O, vurğulayıb ki, mövcud çətinliklərə baxmayaraq, bu dəhliz unikal imkanlar təqdim edir.

"Əsas xidmətlərdən biri konteynerlərin onlayn izlənməsi imkanıdır ki, bu da nəqliyyat əməliyyatlarının etibarlılığını və şəffaflığını əhəmiyyətli dərəcədə artırır. Bu, müştərilərə həm göndərmə mərhələsində, həm də yüklərin qəbul mərhələsində əlavə perspektivlər açır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR