Bank Of Baku

Ötən il Azərbaycanın qarşılıqlı nəqliyyat xidmətlərinin dövriyyəsi 5 mlrd. dolları ötüb

Ötən il Azərbaycanın qarşılıqlı nəqliyyat xidmətlərinin dövriyyəsi 5 mlrd. dolları ötüb
# 18 mart 2025 13:14 (UTC +04:00)

2024-cü ildə Azərbaycanın qarşılıqlı nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların ümumi dəyəri 5.1 milyard ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, nəqliyyat xidmətlərinin 62.8%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 3.2 milyard ABŞ dolları, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.9 milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 12.8%, idxalı isə 7.5% artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 11.4% artaraq 1.3 milyard ABŞ dolları olub. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2023-cü ildə 1.2 milyard ABŞ dolları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR