Çindən Orta Dəhliz çərçivəsində ildə 1000 konteyner blok qatarının nəqli planlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə, qeyd olunan dəhliz üzrə Çindən ayda 100 blok qatarın keçməsi nəzərdə tutulur.
Rövşən Rüstəmov onu da qeyd edib ki, bu ilin 8 ayında Çindən Orta Dəhliz vasitəsi ilə 212 blok qatarı göndərilib və bu ilin sonunadək bu göstəricinin 300-ə çatacağı gözlənilir.