Bank Of Baku

“Şimal-Cənub” nəqliyyat dəhlizinin şərq qolunun nəqletmə potensialı açıqlanıb

“Şimal-Cənub” nəqliyyat dəhlizinin şərq qolunun nəqletmə potensialı açıqlanıb
# 17 avqust 2024 14:28 (UTC +04:00)

Rusiya, Qazaxıstan, Türkmənistan və İrandan keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq qolunun 15 mln. tona qədər nəqletmə potensialı var.

APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu İran İslam Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali Həştərxanda keçirilən Xəzər Forumunda jurnalistlərə bildirib.

“”Şimal-Cənub” dəhlizinin bu şərq qolunun illik potensialı 15 milyon tona qədərdir”, - səfir qeyd edib.

Onun sözlərinə görə, 2023-cü ildə ölkələr bu istiqamət üzrə yük daşımağa başlayıb, daşımaların həcmi 650 min ton təşkil edib. 2024-cü ildə bu göstəricinin 2 mln. tona çatdırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR