Ufuk Yalçın: Azərbaycan "Avrasiya Nəqliyyat Marşrutu"nda aparıcı ölkədir

Ufuk Yalçın: Azərbaycan "Avrasiya Nəqliyyat Marşrutu"nda aparıcı ölkədir
# 20 sentyabr 2024 12:15 (UTC +04:00)

Bakı-Tbilisi-Qars (BTC) layihəsində Azərbaycan mərkəzi hissədədir. Eyni zamanda "Avrasiya nəqliyyat marşrutu"nun reallaşdırılmasında və Türkiyə ilə Azərbaycan arasında yük daşımalarının üst səviyyəyə çatdırılması məsələsində də aparıcı ölkədir.

Bunu "APA-Economics"ə açıqlamasında Türkiyə Dövlət Dəmir Yollarının "TCDD taşımacılık" şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın deyib.

O, bildirib ki, BTC layihəsində olduğu kimi Azərbaycan bu layihədə də mərkəzi nöqtədədir:

"Bu, Gürcüstan və Türkiyə ilə bərabər Avropaya açılan bir dəhlizdir. Azərbaycan burda BTC-dakı rolundan başqa daha bir rol da öhdəsinə götürür. Bu əməkdaşlıqla Azərbaycanla yükdaşımaları sahəsində arzuladığımız yerə gələcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR