Bank Of Baku

Bayram Səfərov: «Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən minlərlə erməni ailəsi var»

Bayram Səfərov: «Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən minlərlə erməni ailəsi var»
# 15 oktyabr 2011 15:29 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatı bu gün Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov səsləndirib.

O bildirib ki, bu gün minlərlə erməni ailəsi mövcuddur ki, Azərbaycan vətəndaşına məxsus şəxsiyyət vəsiqəsini daşımaq və Azərbaycan qanunları tabeçiliyində yaşamaq arzusundadır.

B.Səfərov APA-YA bildirib ki, vaxtilə azərbaycanlılara divan tutan və hazırda Ermənistanda hakimiyyətdə olan cinayətkarlar həm Azərbaycan, həm ədalət, hər şeydən əvvəl isə sadə ermənilər qarşısında cavab verməli olacaqlar: «Bu gün erməni ictimaiyyətini düşündürən əsas sual odur ki, bir vaxtlar böyük gələcək vəd edən Zori Balayanlar, Şahmaryanlar, Köçəryanlar və başqaları haradadır indi?! Bu gün Azərbaycan iqtisadiyyatı artdıqca, Ermənistanda əhali ehtiyac içində məhv olur. Bu vəziyyətə görə onlar - cinayətkar erməni liderləri sıravi ermənilərin özlərinə cavab verməli olacaqlar».
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR