Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur
Latviyada fəaliyyət göstərən “Ocaq” Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Diasporla İş üzrə dövlət Komitəsinin (DİDK) dəstəyi ilə Riqa şəhərində “Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda konfrans keçirilib, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərginin açılışı olub. Oktyabrın 18-də Estoniyanın paytaxtı Tallində Estoniya-Azərbaycan parlament qrupu, Bakılılar Klubu, “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbir və sərgi keçiriləcək. Tədbirdə Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, dövlət, hökumət, parlament, diplomatik korpus və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.
Eyni zamanda Estoniya parlamentində “Azərbaycan Respublikasının Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında rolu” mövzusunda konfrans olacaq.
20 oktyabr tarixində Litva seymində DİDK-in dəstəyi ilə Litva Azərbaycanlıları Cəmiyyətinin və Litva-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Azərbaycanın Rumıniyadakı səfirliyi və DİDK ilə birlikdə Buxarestdə A Müstəqillik Gününə həsr olunmuş konfrans baş tutub. “Macar-Azərbaycan dostluq Cəmiyyəti” Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə Müstəqillik gününü konfrans keçirməklə qeyd ediblər. İsveçdə fəaliyyət göstərən “Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə seminar keçirilib. Seminar çərçivəsində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” filmi nümayiş etdirilib, tədbir vətənpərvər ruhda söylənən şerlərdən ibarət “Şərq gecəsi” davam edib.
İsveçdə fəaliyyət göstərən “Qarabağ” Cəmiyyəti, “Azərbaycan Federasiyası - İsveç” təşkilatı da ayrı-ayrılıqda Müstəqillik Günü münasibətilə müvafiq olaraq toplantı və bayram konserti keçiriblər.
Finlandiyanın Helsinki şəhərində Finlandiya Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı Helsinkinin mərkəzində yerləşən Scandic Marski hotelinin böyük iclas zalında “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir olub. Tədbirdə Türkiyə səfirliyinin nümayəndələri, Finlandiya Türk və Finlandiya Tatar Cəmiyyətlərinin, fin xalqının nümayəndələri iştirak edib.
Finlandiyada Müstəqillik gününəm həsr olunmuş daha bir tədbir 23 oktyabr tarixində Helsinki şəhərində keçiriləcək.
Danimarkada yaşayan azərbaycanlılar isə Müstəqillik Gününü “Azad Azərbaycan” adlı bədii gecənin keçirilməsi ilə qeyd ediblər. Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin təşkil etdiyi tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatının inkişafı barədə kitab və bröşürlər, sənədli film nümayiş etdirilib. Müstəqillik Günü ilə əlaqədar tədbirlər Almaniyanın Berlin və Drezden şəhərlərində də keçirilib.
Müstəqillik Günü ilə bağlı tədbirlərin Fransa, Böyük Britaniya, Norveç və İtaliyada da keçirilməsi nəzərdə tutulub. İtaliyada fəaliyyət göstərən “İtaliya-Azərbaycan Mədəniyyət Assosiasiyası”nın, “Azəri” Cəmiyyətinin təşkilatçılığı ilə Milanda konfrans, sərgi və konsert proqramı təşkil olunacaq.
Məlumata görə, Türkiyədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Türkiyənin parlament və hökumət nümayəndələrinin iştirakı ilə möhtəşəm tədbirin keçirilməsi planlaşdırılıb. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib, ölkənin ən nüfuzlu mətbu orqanlarında biri olan “Əl-Bayan” qəzetində Azərbaycana dair məqalə dərc edilib.
Dövlət Müstəqilliyi Günü ABŞ, Kanada və Meksikada yaşayan azərbaycanlılar tərəfindən də qeyd olunur. ABŞ-ın Vaşinqton, Nyu-York, Hyuston şəhərlərində USAN, Amerika-Azərbaycan Gənclər Təşkilatının təşkilatçılığı ilə toplantı və seminarlar keçirilib.
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə Hyuston şəhərinin meriyasının binasında Dövlət Müstəqilliyi Günü münasibətilə ziyafət verilib. Kanadanın Monreal və Kalqori şəhərlərində müvafiq olaraq Kvebek Azərbaycanlıları Assosiasiyası və Alberta-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Kanadanın Ontario vilayətinin London şəhərində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir isə artıq baş tutub. Oktyabrın 16-da Azərbaycan Kanada Türk Assosiasiyasının təşkilatçılığı ilə Platts Lane Community Centre-də keçirilən tədbirdə Azərbaycan və Türk diasporlarının nümayəndələri ilə yanaşı yerli ictimaiyyətin nümayəndələri də iştirak edib. Latın Amerikasındakı Azərbaycan Assosiasiyası ölkəmizin Meksikadakı səfirliyi ilə birlikdə Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Mexikoda şəhərin ən tanınmış teatrlarından olan Palacio de Bellas Artes-də tədbir keçirəcək. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirlərin Avstraliya və Yeni Zelandiyada da keçirilməsi nəzərdə tutulub.
Xəbər Lenti
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv qərarları imzalayacağını açıqlayıb
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - YENİLƏNİB - FOTO
Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır
Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır