Bank Of Baku

ABŞ-dakı Azərbaycan və türk diasporu beynəlxalq media qurumlarını Ermənistanın işğalçılığına diqqət yetirməyə çağırır

ABŞ-dakı Azərbaycan və türk diasporu beynəlxalq media qurumlarını Ermənistanın işğalçılığına diqqət yetirməyə çağırır
# 19 oktyabr 2011 12:59 (UTC +04:00)
Bu barədə APA-nın Vaşinqtondakı müxbirinə ABŞ-dakı türk diasporundan məlumat veriblər.

“Kampaniyamız könüllülük prinsiplərinə əsaslanır. Məqsədimiz Dağlıq Qarabağ həqiqətlərinin mediada daha çox işıqlandırılmasına nail olmaqdır”, - deyə diaspor nümayəndələri bildiriblər.

Artıq bəzi informasiya vasitələri çağırışlara cavab verib. Qabaqcıl qəzet və televiziyalardan bəzisi yaxın aylarda bu mövzuya toxunacaqlarını bildiriblər.

Kampaniyanın taktikası çox sadədir. Gənclər “Facebook” və “Twitter” şəbəkələrindəki səhifələrindən jurnalistlərə və redaktorlara mesajlar, qısa qeydlər göndərərək “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi” adlı reportaj mövzusu təklif edirlər.

“Bu həftə “Twitter” vasitəsilə “Əl-Cəzirə” və digər media təşkilatlarına eyni mövzuda mesajlar göndərilib. Nəticə əldə olunanadək kampaniyanı davam etdirəcəyik”, - deyə diaspordan bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR