Bank Of Baku

İtaliyada türkdilli xalqların rəssamlarının sərgisi açılıb – FOTO

İtaliyada türkdilli xalqların rəssamlarının sərgisi açılıb – <font color=red>FOTO</font>
# 20 oktyabr 2011 08:38 (UTC +04:00)
Bakı-APA. İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Florensiyanın “Auditorium al Duomo” sərgi və tamaşa zalında TÜRKSOY-un rəsm sərgisini təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərginin təşkilində Azərbaycan Mədəniyyət Assosiasiyasına Florensiya bələdiyyəsinin mədəniyyət şöbəsi, Auditorium al Duomo Fondunun da köməyi və iştirakı olub. Sərginin açılış mərasimində İtaliyanın Orizo rəqs qrupu Azərbaycan, Qazax, Türk və digər türkdilli xalqların rəqs nömrələri ilə çıxış edib, Türkiyədən gəlmiş musiqiçilərin ifasında türkdilli xalqların musiqisi və mahnıları ifa olunub. Böyük turist axını olan Florensiyanın “Auditorium al Duomo” sərgi və tamaşa zalında keçirilən sərgi çoxlu sayda insanın diqqətini cəlb edib. Sərgiyə gələnlər Azərbaycan rəssamlarının rəsm əsərlərini yüksək qiymətləndiriblər. Sərgi oktyabrın 30-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR